Özbəkistanın xəbər portalları Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından yazır
Daşkənd, 6 oktyabr, АZƏRTAC
Özbəkistanın kun.uz, tnews.uz və interfax.uz portalları Ermənistanın hərbi təxribatları və Azərbaycanın əks-hücumları ilə əlaqədar özbək və rus dillərində məqalələr yerləşdirib.
AZƏRTAC xəbər verir ki, kun.uz portalı “İlham Əliyev müharibənin dayandırılması şərtlərini elan edib” sərlövhəli məqaləsində Azərbaycan Prezidentinin “Əl-Ərəbiyə” telekanalına müsahibəsindən sitatlar verib.
Tnews.uz portalı Azərbaycanın əks-hücumları ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın fikirlərinə yer ayırıb.
İnterfax.uz portalı Ermənistan silahlı qüvvələrinin Gəncə, Tərtər, Goranboy və Mingəçevirin yaşayış məntəqələrini atəşə tutması haqqında yazıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd