Özbəkistanla Türk Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
Daşkənd, 28 iyun, АZƏRTAC
Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov bu ölkədə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, prioritet istiqamətlərdə əlaqələrin aktivləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlarda Türk Şurasının üzvü olan ölkələr arasında nəqliyyat, tranzit dəhlizlərinin şaxələndirilməsi, nəqliyyat-logistika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilib.
Qərara alınıb ki, Özbəkistan Türk Şurasının hazırladığı bir sıra sənədin hazırlanmasında aktiv iştirak etsin.
Tərəflər bu günlərdə Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclasının uğurla keçirilməsindən və Özbəkistanın “Müasir İpək Yolu” proqramına qoşulmasından məmnun olduqlarını bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]