ÖZƏL SEKTORUN NÜMAYƏNDƏLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLİR
Mərasimdə TÜSİAB-ın idarə heyətinin sədri Bataçar Baysal, TSE-nin baş katibi Mustafa Aguş və Türkiyə Xarici Ticarət Müşavirliyinin şöbə rəhbəri Nuri Öztürk özəl sektorun 30-dan artıq nümayəndəsinin qatıldığı seminarın əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, tədbirdə türkiyəli mütəxəssislər Azərbaycanda fəaliyyət göstərən və müxtəlif sektorları əhatə edən şirkətlərin rəhbərləri və əməkdaşları üçün xarici ticarətdə standart, zaman idarəsi, müştəri razılığa, liderlik, rəqabət qabiliyyətinin artırılması və s. mövzularda məşğələlər keçəcəklər. Ötən həftə TİKA, TSE, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Bakı, Qusar və Mingəçevirdə ilk seminarların keçirildiyi diqqətə çatdırılmışdır.
Sonra türkiyəli mütəxəssis Feyzullah Ərdoğan dünyanın, həmçinin öz ölkəsinin standartları, yoxlama sistemləri və s. haqqında seminar iştirakçılarına məlumat vermiş, sualları cavablandırmışdır.
Tədbirdə mövzu ilə bağlı film göstərilmişdir.