Özləm Uslu: İnanıram ki, Bakı mənə uğur gətirəcək
Bakı, 22 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
Bundan əvvəl də Bakıda keçirilən yarışda iştirak etmişəm. Bakı mənim üçün uğurlu olmuşdu, ölkəmə qalibiyyətlə qayıtmışdım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında yarışan türkiyəli tennisçi Özləm Uslu deyib. Tennisçi bildirib ki, hava küləkli olsa da, qalib gəlməyinə mane olmayıb.
“Bakı festivala çox gözəl hazırlaşıb. Əvvəl Bakıda qapalı kortda yarışmışdım. XV Avropa Gənclər Yay Olimpiya Festivalında açıq kortlarda oynayırıq. Hər şey yüksək səviyyədədir. İnanıram ki, bu dəfə də Bakı mənə uğur gətirəcək”, - deyə Özləm Uslu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]