COP29
Pakistan nümayəndə heyəti COP29-da iştirak etmək üçün Bakıdadır
İslamabad, 11 noyabr, Hilal Əhməd, AZƏRTAC
Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alamın rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak etmək üçün Bakıdadır.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti İqlim Dəyişiklikləri Nazirliyinin parlament katibi Atiqur Rəhman, vəzifəli şəxslər, tədqiqatçılar, alimlər və digər iqlim ekspertlərindən ibarətdir.
Romina Xurşid Alam konfrans zamanı Pakistanın iqlimə uyğunlaşması və ekoloji sabitliyi üçün ölkədə görülən adaptasiya tədbirlərini diqqətə çatdıracağını bildirib. O, həmçinin Bakıda ətraf mühitin maliyyələşdirilməsinin gündəliyini irəli sürmək üçün müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.