Pakistan XİN: Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı dərin kədər hissi keçiririk
Bakı, 27 yanvar, AZƏRTAC
Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ölkəmizlə həmrəy olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin tviter hesabında yaydığı bəyanatda deyilir: “Pakistan hökuməti və xalqı Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dərin kədər hissi keçirir. Səfirliyin həlak olan əməkdaşının ailəsinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq. Bu kədərli anda qardaş Azərbaycan xalqı ilə həmrəyik”.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]