Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb
İslamabad, 6 fevral, Hilal Əhməd, AZƏRTAC
Pakistanda nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində üç polis ölüb, beşi isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, hücum Xayber Paxtunxva əyalətinin şimal-qərbindəki Karak rayonundakı polis idarəsində baş verib.
Polis idarəsindən verilən məlumata görə, polisin cavab atəşindən sonra terrorçular ağır silahlarla hücuma keçib və hadisə yerindən qaçıblar. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]