Pakistanda terrorçuların fond birjasına hücumu zamanı ölənlərin sayı yeddiyə çatıb
İslamabad, 29 iyun, AZƏRTAC
Pakistanın Kəraçi şəhərində dörd terrorçunun fond birjasına hücumu zamanı ölənlərin sayı yeddiyə çatıb. Hadisə nəticəsində iki nəfər də xəsarət alıb. Terrorçuların hamısı məhv edilib.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlərin dördü mühafizə xidmətinin əməkdaşı, biri polis zabiti, ikisi isə birjanın müştərisi olublar.
Birjanın binasının girişində qumbara partlatdıqdan sonra içəriyə daxil olan terrorçular “AK-47” markalı avtomat silahlardan ətrafa atəş açmağa başlayıblar. Onların üzərində digər partladıcı maddələr də müəyyən edilib.
Hadisə ilə bağlı təhqiqat aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]