Pakistanın ingilisdilli “The Daily Mail” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunmuşdur
Bakı, 1 mart (AZƏRTAC). Pakistanın ingilisdilli “The Daily Mail” qəzetində Aamir Mahmud Bhattinin “Xocalı soyqırımı - XX əsrin ən böyük faciəsi” adlı məqaləsi dərc olunmuşdur.
Məqalədə bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətmişlər. Azərbaycan xalqına qarşı törədilmiş bu qətliam bütün bəşəriyyətə qarşı yönəlmiş barbarlıq aktı və cinayətdir. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşmüşdür.
Müəllif qeyd edir ki, ermənilər dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirirmişlər. Onlar insanların başlarını və bədənlərinin müxtəlif üzvlərini kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınlara ağır işgəncələr verirdilər. Qanlı qırğın zamanı qadağan olunmuş güllələrdən istifadə olunmuşdur. Bütün bu faktlar sübut edir ki, ermənilər, Cenevrə konvensiyası da daxil olmaqla, beynəlxalq hüquqi aktları pozaraq Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişlər. Bu, həm də ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını sübut edir.
Müəllif məqalədə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunmuş faktlardan geniş şəkildə istifadə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]