Pakistanın yeganə sanitar salfet istehsalçısı: COP29-un qüsursuz keçirilməsi çox təsiredicidir
Bakı, 21 noyabr, AZƏRTAC
"Azərbaycanın COP29-u bu qədər geniş miqyasda və səmərəli şəkildə icraetmə bacarığı məni heyran etdi. Belə böyük bir tədbirin qüsursuz və heç bir səhv olmadan həyata keçirilməsi çox təsiredicidir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Pakistandan olan iştirakçı Xan Yibran Bahadur deyib.
"Mən sənayeçiyəm, gigiyena salfetləri istehsal edirəm. Bunun üçün ağac pulpasından istifadə olunur. Pakistanda davamlı sanitar salfetlərin istehsalı ilə məşğul olan yeganə istehsalçıyam" - , o qeyd edib.
X.Y.Bahadur COP29-un təşkilindən razı qaldığını bildirib: "Şəhərə ikinci gəlişimdir. İlk dəfə ailəmlə tətilə gəlmişdim. Bakıdakı insanların mehriban davranışı məni çox sevindirdi. Həmçinin, COP29-dakı pavilyonlar çox yaxşı və səmərəli təşkil edilib".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:05]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO
- 24.06.2026 [04:44]