COP29
Pakistanlı fəal: Azərbaycan COP29-a ev sahibliyi etməklə böyük iş görüb
Bakı, 14 noyabr, AZƏRTAC
Mən Pakistandan olan qlobal iqlim fəalıyam. Biz COP27-də, COP28-də və nəhayət, COP29-da müzakirə olunanları davam etdirməliyik və unutmamalıyıq. Bu tədbirlərdə aparılan müzakirələrin davamı daha sonra COP30-da olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pakistan Gənclər Hərəkatınin lideri (QHT forumu) Qeysər Nəvvab söyləyib.
“Müzakirələrin nəticələrinə əməl etsək, bu yolla yaxşı nəticələr əldə oluna bilər. Vətəndaş cəmiyyətinin səslərini bu mühüm platformaya çatdırmaq üçün dünyanın müxtəlif yerlərindən ekspertləri cəlb edən QHT forumunun fəaliyyətini yüksək qiymətləndirirəm. Düşünürəm ki, iqlim dəyişikliyi hamını çox narahat edir. Hesab edirəm ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə böyük iş görüb. Ölkənizin qonaqpərvərliyi möhtəşəmdir. Dadlı yeməkləri bütün dünyada məşhurdur. Mən dünyanın müxtəlif yerlərindən olan bütün dostlarımı Azərbaycanın zəngin mədəniyyətini, ləziz yeməklərini və əlbəttə ki, musiqisini görməyə, sağalam düşüncə ilə müsbət və məhsuldar söhbət etməyə çağıracağam”, - deyə o vurğulayıb.