REGİONLAR
PAMBIQ YIĞIMI DAVAM EDİR
Beyləqan rayonunun pambıqçıları mövsümün əvvəlindən indiyədək tarlalardan 10.300 ton məhsul toplamışlar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. “Ağ qızıl” ustaları bu il 12 min ton məhsul uğrunda mübarizə aparırlar.
X X X
Bərdə ərazi kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, vaxtilə respublikanın ən böyük pambıq istehsalçılarından olan Bərdədə indiyədək 9 min tona yaxın məhsul toplanmışdır ki, bu da ötən ilə nisbətən 4 min ton çoxdur. Ağcabədi, Tərtər, Yevlax, Ağdam rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri ötən ilin müvafiq dövründəkindən 40-60 faiz çox pambıq toplamağa müvəffəq olmuşlar. Tarlalarda məhsul yığımı davam edir.