Pandemiya dövründə Moldovada 168 nəfər COVID-19 infeksiyasına təkrarən yoluxub
Kişineu, 10 fevral, AZƏRTAC
Pandemiya dövründən bəri Moldovada 168 nəfərdə COVID-19 infeksiyasına təkrar yoluxma faktı təsdiqlənib.
AZƏRTAC-ın yerli KİV-lərə istinadla verdiyi məlumata görə, bu barədə Moldovanın səhiyyə naziri vəzifəsini icra edən Tatyana Zatık məlumat verib.
Onun sözlərinə görə, Moldovada hələ ki, COVID-19 infeksiyasının yeni növü aşkarlanmayıb. Ancaq 20 nəfərin analizi şübhəli bilindiyi üçün Berlində fəaliyyət göstərən laboratoriyaya göndərilib. Çünki Moldovada hələ COVID-19 infeksiyasının yeni növünü müəyyən edən laboratoriya mövcud deyil.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]