Papa Fransisk hər kəsi Liviya xalqı ilə həmrəy olmağa çağırıb
Vatikan, 13 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk şiddətli daşqınlar nəticəsində çoxlu sayda insan tələfatına görə hər kəsi Liviya xalqı ilə həmrəylik nümayiş etdirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk şiddətli daşqınlara məruz qalmış Liviyada minlərlə insanın həlak olması və itkin düşməsinə görə kədərləndiyini, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Roma Papası sağ qalanlar üçün dua etdiyini bildirib, bütün zərər çəkənlərə mənəvi yaxınlığını ifadə edib.
“Təbii fəlakətdən əziyyət çəkən bütün insanlar öz yaxınlığımı bildirmək istəyirəm. Beynəlxalq səviyyədə yardıma böyük ehtiyac var”, - deyə Roma Katolik Kilsəsinin rəhbəri vurğulayıb.
Papa Fransisk, həmçinin çətin şəraitdə həyat xilas etməyə çalışanlara təşəkkür edib və onlar üçün dua etməyi xahiş edib.
Qeyd edək ki, Liviyada daşqınlar nəticəsində həlak olanların sayı 5 min nəfəri ötüb, minlərlə insan isə itkin düşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]