Papa XIV Leonun andiçmə mərasimində 200-dən çox nümayəndə heyəti iştirak edəcək
Vatikan, 17 may, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun mayın 18-də keçiriləcək andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyətinin iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, mərasimə müxtəlif ölkələrin dövlət və hökumət başçıları qatılacaq. Ukrayna Prezidenti Volodimir Zelenski mərasimdə iştirak etmək üçün sabah Romaya gələcək. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də əsas qonaqlar sırasındadır.
Müqəddəs Pyotr Kilsəsində baş tutacaq mərasimlə Vatikanda Papa XIV Leonun pontifikatı başlayacaq.
Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşacaq.
İtaliya təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib, meydana giriş-çıxışlarda mərhələli yoxlamalar aparılacaq. Mərasimi işıqlandırmaq üçün 500-dən çox media nümayəndəsi fəaliyyət göstərəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]