Papua-Yeni Qvineyada iğtişaşlar nəticəsində 15 nəfər həlak olub
Bakı, 11 yanvar, AZƏRTAC
Papua-Yeni Qvineyada polis və hərbçilərin tətili zamanı başlayan iğtişaşlar nəticəsində ən azı 15 nəfər həlak olub. Bəzi mənbələr ölənlərin sayının 16 nəfər olduğunu iddia edir.
AZƏRTAC Avstraliyanın ABC teleradio kompaniyasına istinadla xəbər verir ki, paytaxt Port Morsbidə səkkiz nəfər, ölkənin ikinci iri şəhəri Laedə isə yeddi nəfər həyatını itirib.
Papua-Yeni Qvineyada hərbçilər, polis əməkdaşları və penitensiar müəssisələrin işçiləri “maaşlardan səbəbsiz pul tutulmasına” etiraz edir. Onların tətilindən istifadə edən iğtişaşçılar paytaxtda mağazaları qarət edib və yandırıblar.
Hakimiyyət yerli sakinləri sakitliyə və zəruri ehtiyac yaranmadığı təqdirdə evlərindən çıxmamağa çağırıb. Ölkənin Baş naziri Ceyms Marape problemin əməkhaqqı sistemindəki nasazlıqdan qaynaqlandığını və tutulan vəsaitin tam şəkildə ödəniləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]