Paracüdoçumuz Dürsədəf Kərimova Tokio Paralimpiadasının finalına yüksəlib
Bakı, 29 avqust, AZƏRTAC
Qadın paracüdoçumuz Dürsədəf Kərimova “Tokio-2020” Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, 70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz ukraynalı Anastasiya Harnik və Braziliya idmançısı Meq Emmeriçə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Qazaxıstan təmsilçisi Zarina Baybatina olacaq.
Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 8 qızıl və 2 bürünc medal var.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]