“Paris-2024”: Azərbaycanın qrup hərəkətləri komandası növbəti çıxışını yerinə yetirib
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində mübarizə aparan Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv bu dəfə 3 lent və 2 topla məharətini göstərib.
Milli komanda hakimlərdən 28,150 xal alıb. Yığma daha əvvəl halqalarla hərəkətlərdə qüvvəsini sınayıb. Beləliklə, Azərbaycan seçməsi iki hərəkətin cəminə görə 62,000 xal toplayıb.
İki hərəkətin cəminə görə ən çox xal toplayan 8 kollektiv final mərhələsinə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]