Paris şəhərinin meri: Makronun növbədənkənar seçki qərarını anlamaq çətindir
London, 10 iyun, AZƏRTAC
Bir çox insan kimi, mən də Prezidentin Milli Assambleyanı buraxmaqla bağlı qərarını eşidəndə heyrətə gəldim. Olimpiya Oyunlarından bir neçə həftə əvvəl bu, həqiqətən də son dərəcə narahatedici məqamdır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu sözləri Paris şəhərinin meri Ann İdalqo Fransa Prezidenti Emmanuel Makronun növbədənkənar seçkilər təyin etməsi ilə bağlı deyib. O, Parisin Olimpiya Oyunlarına ev sahibliyi etməsindən bir neçə həftə əvvəl Makronun seçki təyin etməsi qərarının səbəbini başa düşməkdə çətinlik çəkdiyini bildirib.
Qeyd edək ki, dünən Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edib. Növbədənkənar seçkilərin ilk turu iyunun 30-da, ikinci turu isə bir həftə sonra baş tutacaq. Olimpiya Oyunları isə 26 iyul - 11 avqust tarixləri arasında keçiriləcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]