PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ UKRAYNAYA SƏFƏR EDƏCƏK
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti “Babiy Yar” faciəsinin 65-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Ukraynaya səfər edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, İkinci Dünya müharibəsində Kiyev ətrafında yəhudilərin soyqırımı ilə əlaqədar tədbirlər çərçivəsində nümayəndə heyətinin üzvləri faciə qurbanlarının xatirəsini anma mərasimində və “Babiy Yar” beynəlxalq forumunda iştirak edəcəklər.
Parlament sədrinin mərasimdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə tutulmuşdur.