Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin payız sessiyasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ilk iclası keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi son təxribatlardan söz açıb. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən uğurla alınıb.

İclasda qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitənin sədri gündəliyin ilk iki məsələsinin Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı olduğunu bildirib. Məsələlərlə bağlı qısa məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə komitənin 23 iclası keçirilib, iclaslarda 105 məsələyə baxılıb. Komitədə 31 qanun layihəsi üç oxunuşda, 5 qanun layihəsi bir oxunuşda müzakirə edilib. Həmçinin ötən sessiya dövründə komitəyə daxil olmuş 250-yə qədər müraciət araşdırılıb, müvafiq tədbirlər görülüb, onların həlli üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.

Komitənin cari ilin payız sessiyasında görəcəyi işlərlə bağlı bildirilib ki, iş planında komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Gündəliyin 3-cü və 4-cü məsələləri ilə bağlı komitə üzvü Nizami Səfərov məlumat verib. O bildirib ki, üçüncü məsələ “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd olunub ki, Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

Dördüncü məsələ olan “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsində xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını nəzərdə tutur.

Qeyd olunub ki, hər iki konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini komitənin sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu Konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur.

Növbəti üç məsələ haqqında komitə üzvü Əminə Ağazadə məlumat verib. Bildirib ki, birinci oxunuşda olan “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi, eyni vahid əməkhaqqı sisteminin tətbiqi ilə bağlı aparılan islahatların davamıdır.

Birinci oxunuşda olan digər qanun layihəsinin isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı olduğu bildirilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 9-24-cü məsələlərinin parlamentə bir paketdə daxil olduğunu bildirib.

Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) eyni mahiyyət daşıyır. Sənədlər Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Məqsəd dövlət xidmətlərinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınmasının təmin olunmasıdır.

Gündəliyin 25-ci məsələsi ilə bağlı Əli Hüseynli bildirib ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) qanuna əlavə təklif olunub. Əlavəyə görə, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir.

Gündəlikdəki növbəti məsələsi haqqında deputat Kamal Cəfərov məlumat verib. Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb.

Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququn verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Gündəliyin növbəti iki məsələsi - birinci oxunuşda olan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verərkən Kamal Cəfərov bildirib ki, sənədlərdə Azərbaycandan xaricə və xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulub.

Sonra Əli Hüseynli 30-cu məsələ ilə bağlı komitə sədri arayış təqdim edib. Deyib ki, “Dövlət qulluğu haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) yeni yaradılan dövlət orqanlarında vəzifə tutan dövlət qulluqçularının inzibati vəzifələrinin müvafiq təsnifata aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə hazırlanıb.

Növbəti 31-33-cü məsələlər - Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən komitə üzvü Nurlan Həsənov sənədlərin ölkədə elektron xidmətlərin inkişafı və dövlət xidmətlərinin vətəndaşlarımıza daha rahat və daha şəffaf şəkildə göstərilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələri (birinci oxunuş) barədə də deputat Kamal Cəfərov məlumat verib. Bildirilib ki, sənədlər “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının müddəalarının icrası məqsədilə hazırlanıb.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib. Dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) bağlı məlumat verərkən deputat Nurlan Həsənov qeyd edib ki, sənəd kommersiya hüququ şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlara antiinhisar fəaliyyətini həyata keçirən orqana çıxış imkanı yaradır.

Komitə gündəlikdəki “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihəsini də nəzərdən keçirib.

Məsələlərin müzakirəsində Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrinin müavini Qüdrət Həsənquliyev, komitənin üzvü Tahir Kərimli, Elşən Musayev, Əminə Ağazadə, Nizami Səfərov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları idarəsinin rəisi Aynur Osmanova çıxış ediblər. Deputatlar müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndirib, 2022-ci ilin yaz və növbədənkənar sessiyalarında Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işləri qənaətbəxş sayıb, komitənin 2022-ci il payız sessiyası üçün iş planını təsdiqləyib, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Sabir Hacıyev, Vüqar İskəndərov, Erkin Qədirli, Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb