Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır
Bakı, 12 mart, AZƏRTAC
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə səsləndirib. “Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz bu məntiqlə müstəqil dövlət qura bilmərik. Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”, - deyə o bildirib.
Paşinyan vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün səssiz və sakit diplomatik işlər aparılır. “Bu müqavilənin imzalanacağına şübhə etmirəm. Ermənistanda sülh əldə olunmasını istəməyən qüvvələr var. Biz, Ermənistan vətəndaşları sülhün qayğısına qalmalı və onu dönməz hala gətirməliyik”, - deyə Baş nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]