Paytaxt Bakıda və Azərbaycanın digər ərazilərində “Yer saatı” aksiyası keçirilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). Qloballaşan dünyada iqtisadiyyatın və elmi texnologiyanın inkişafı ilə əlaqədar atmosferə atılan istilik effekti yaradan qazların həcmi artmaqdadır.
Bu prosesin təsirini zəiflətmək üçün təbliğat məqsədi ilə bütün dünyada olduğu kimi, Azərbaycanda da “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə martın 31-də “Yer saatı” aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bakıda müxtəlif ünvanlarda təşkil edilən tədbirlər bir neçə hissədən ibarət olmuşdur. Aksiya iştirakçıları axşam saat 20.00-da Qız qalasının ətrafında toplaşaraq qalanın işıqlarını abidənin qorunması simvolu olaraq bir saatlıq söndürmüşlər. Tədbir paytaxt Bakı ilə yanaşı, Gəncə, Lənkəran şəhərlərində və İsmayıllı rayonunun Lahıc qəsəbəsində də keçirilmişdir.
“Yer saatı” Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən keçirilən və diqqətini iqlim dəyişikliyi, ətraf mühitin qorunmasına yönəldən aksiyadır. Hər il martın son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edir və simvolik olaraq elektrik enerjisindən istifadəni bir saatlıq dayandırır. Aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması da “Yer saatı” aksiyası müddətində dayandırılır.
Ötən il ilk dəfə martın 26-da Bakının simvolu olan əzəmətli Qız qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da bu qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]