CƏMİYYƏT
Paytaxt polisi 58 cinayətin üstünü açıb
Bakı, 18 fevral, AZƏRTAC
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 40 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 15-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək axtarışa verilən 13 nəfər saxlanılıb. İtkin düşmüş kimi barəsində axtarış elan olunan iki nəfər tapılaraq ailəsinə təhvil verilib.
Baş vermiş oğurluq əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində daha 18 cinayətin açılması təmin olunub.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
Gün ərzində 58 cinayətin üstünü açan paytaxt polisi şübhəli şəxsləri müəyyənləşdirərək cinayət məsuliyyətinə cəlb edib.