Paytaxt yollarının qardan təmizlənməsi davam edir FOTO
Bakı, 9 yanvar, AZƏRTAC
Gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları, aidiyyəti qurumları küçə və prospektlərin qardan təmizlənməsini davam etdirib. Xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yollarla yanaşı, vətəndaşların daha çox istifadə etdikləri yerlər - metro stansiyalarının qarşısı, avtobus dayanacaqları, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. İşlər gün ərzində davam etdirilir.