Paytaxtda daha iki marşrutda gediş haqqı “BakıKart”la ödənilməyə başlayıb
Bakı, 29 iyun, AZƏRTAC
Bu gündən 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov dəmir yolu stansiyası - Suraxanı qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Suraxanı rayonu üzrə: Tofiq Bayram (Əmircan qəsəbəsi), Malik Mustafayev, Balandin, İlham Şükürov, Əhməd Mehbalıyev, Sakit Qocayev, Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsi), Ə.Mehbalıyev (Qaraçuxur qəsəbəsi), A.Rzayev (keçid 1849), Hacı Zeynalabdin Tağıyev (Əmircan qəsəbəsi) küçələrində.
Sabunçu rayonu üzrə: Sülh küçəsi, X.Xasməmmədov 78A (Bakıxanov qəsəbəsi), Muxtar Fətəliyev 158 (Bakıxanov qəsəbəsi), Yavər Əliyev 28B (Bakıxanov qəsəbəsi), Əhməd Mehbalıyev 23, Nazim İsmayılov 7 (Bakıxanov qəsəbəsi) ünvanlarında.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]