CƏMİYYƏT
Paytaxtda itkin düşmüş kimi axtarışda olan üç nəfər tapılaraq ailəsinə təhvil verilib
Bakı, 17 fevral, AZƏRTAC
Paytaxtın polis orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 28 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyyənləşdirilərək açılması təmin olunub.
İtkin düşmüş kimi barələrində axtarış elan olunan üç nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər saxlanılıb.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.