Paytaxtın bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
15. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.