Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın ictimai nəqliyyatı kart-ödəniş sisteminə keçir

Bakı, 4 iyul (AZƏRTAC). Bakının ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqi ərəfəsindəyik. Bu yenilik avtobuslarda gediş haqqının kartla ödənilməsi ilə bağlıdır. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərdə bu sistemin necə işləyəcəyi ilə bağlı yaranan bəzi suallara aydınlıq gətirmək üçün AZƏRTAC-ın müxbiri Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənova müraciət etmişdir.

N.Həsənov əvvəlcə paytaxtda fəaliyyət göstərən marşrut xətləri barədə məlumat verərək bildirmişdir ki, vaxtilə Bakı şəhərində 300-dək marşrut fəaliyyət göstərirdi. Sonra bu rəqəm 217-yə endirildi. Nəqliyyatın intellektual idarə edilməsi sisteminin tətbiqi ilə əlaqədar marşrut xətlərində yenidən dəyişikliklər aparılaraq, 217 marşrutun optimallaşdırılmasından sonra hazırda 172 marşrut saxlanılmışdır. Zərurət olduğu halda yeni xətlər açılarsa mümkündür ki, bu say artsın. Əgər əvvəllər paytaxtda marşrutlarda 210-dək daşıyıcı var idisə, ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədilə bu rəqəm 30-a endirilmişdir. Hazırda paytaxt marşrutlarında gün ərzində təxminən 2100-2200 avtobus istismar olunur ki, onların da 1487-si iri tutumlu, 851-i orta tutumlu avtobusdur. Aparılan islahatlar nəticəsində kiçik tutumlu avtobuslar demək olar ki, tamamilə xətlərdən yığışdırılmışdır.

İctimai nəqliyyatda kart-ödəniş sisteminin iyul ayı ərzində işə salınmasının planlaşdırıldığını deyən N.Həsənov qeyd etmişdir ki, artıq hər bir sərnişinin avtobuslarda gediş haqqını kartla ödəyəcəyi gün elə də uzaqda deyil. Bakıdakı marşrutlarda giriş qapısı önündə Türkiyənin “Asis Elektronik Bilişim Sistemləri A.Ş.” şirkətinin kart-ödəniş aparatlarının (validator) quraşdırılması prosesi davam edir. Kart sistemi mərhələlərlə tətbiq olunacaqdır. Birinci mərhələ paytaxtın mərkəzi hissəsində 29 marşrut üzrə 500 avtobusu əhatə edəcəkdir. Çalışırıq ki, bu mərhələdə sistemə daxil olacaq avtobusların hamısına validatorlar quraşdırılsın. Bu aparatların Türkiyədən gətirilərək avtobuslara yerləşdirilməsi isə müəyyən vaxt tələb edir. Bəzən bizdən asılı olmayan səbəblər üzündən gecikmələr də olur ki, bu da sistemin işə salınmasını ləngidir. Ötən müddətdə 300-dən çox avtobus validatorlarla təchiz olunmuşdur və proses davam edir. Artıq 6, 14, 65, 95, 90 və digər xətlərdəki avtobuslar aparatlarla təmin olunmuşdur. Ümumiyyətlə isə, bu sistemin 2014-cü ilin sonunadək tam reallaşdırılması nəzərdə tutulmuşdur.

İki hissədən ibarət olan aparatın biri sürücü, digəri isə əks istiqamətə baxır. Sürücü istiqamətində quraşdırılan validator onun diqqətini yayındırmayaraq ödənişi izləməsi üçündür.

Nazirliyin rəsmisi bildirmişdir ki, Bakı üzrə gündəlik sərnişin dövriyyəsi təxminən 1 milyon 400 nəfərə çatır. Buna görə də ilk mərhələdə gediş haqqını ödəmək üçün ən azı 500 minə yaxın kart lazımdır. Sonrakı mərhələlərdə isə paytaxta 2 milyondan çox kart gətiriləcəkdir ki, sərnişinlər bu kartları əldə etməkdə çətinlik çəkməsinlər. Hələlik 300 minə yaxın kart hazırdır və proses davam edir. Eyni zamanda, kart sistemi tətbiq olunan avtobuslarda gediş haqqını bir müddət nağd ödəmək də mümkün olacaqdır. Prosesin ilkin mərhələsində sürücü də ehtiyat kartla təmin ediləcəkdir. Bu ona görədir ki, əgər hər hansı bir sərnişində bu cür kart olmasa, gediş haqqını ödəmək üçün sürücüdəki ehtiyat kartdan istifadə edə bilsin. Ümumiyyətlə, sərnişin ön qapıdan minərək gediş haqqını ödəyəcək və arxa qapıdan düşəcəkdir.

Pik saatlarda avtobuslardakı sıxlığa gəldikdə isə N.Həsənov deyir ki, bu məsələ də dəfələrlə müzakirə olunmuşdur. Belə hallarda ödənişə nəzarət edilməsi, eləcə də həm sürücünün, həm də sərnişinin bu prosesə öyrəşməsi üçün ilk mərhələdə hər avtobusda bir xidmətçidən istifadə edilməsi planlaşdırılır.

Paytaxtda ilkin olaraq 5 minədək yerdə ödəmə məntəqəsi fəaliyyət göstərəcəkdir. Kartları xüsusi məntəqələrdən, köşk və avtobus dayanacaqlarından, metro çıxışlarından əldə etmək, həm də həmin yerlərdə yükləmək mümkün olacaqdır. Kartın qiymətinin 1 manat olacağı nəzərdə tutulur. Bank məhsulu olan bu kartlardan ticarət mərkəzlərində ödənişləri həyata keçirmək və Bakı Metropolitenində gediş haqqını ödəmək üçün də istifadə edilə bilər. Kartların buraxılışı “Bank of Azerbaijan” tərəfindən həyata keçirilir, lakin bu prosesə digər banklar da maraq göstərirlər.

Kart sisteminin tətbiqi daşıyıcıların da xeyrinə olacaqdır. Belə ki, onlar kartın avtobuslarda işləmə prosesini onlayn şəkildə izləyə biləcəklər. Bunun üçün xüsusi sayt yaradılacaq və daşıyıcılar həmin portal vasitəsilə validatorların necə işlədiyini görə biləcəklər.

Sosial güzəştlərə gəldikdə, N.Həsənov qeyd etmişdir ki, hazırda şəhid ailələri, müharibə veteranları, müəllimlər, həkimlər, tələbələr və s. təbəqələr üçün güzəştli kartların tətbiqi məsələsi müzakirə edilir. Ola bilər ki, bəzi qrup insanlara tam pulsuz yox, güzəştli qiymətlərin tətbiqi nəzərdə tutulsun. Təbii ki, hələ bir söz demək çətindir, ancaq hər şey daşıyıcılardan asılıdır. İctimai nəqliyyatda özəl şirkətlər fəaliyyət göstərir, buna görə həmin şirkətlərin mənafeyi də nəzərə alınmalıdır. Bunun isə onlara subsidiyaların verilməsi ilə kompensasiya edilməsi müzakirə mövzusudur. Nəqliyyat Nazirliyi bununla bağlı İspaniyanın, Almaniyanın və digər xarici ölkələrin təcrübəsini öyrənir.

İctimai nəqliyyatda kart sisteminə keçidlə paralel olaraq avtobus sürücülərinin əmək haqqı sisteminə keçidi də təmin olunacaqdır. Bu, sürücülərin qazancına mənfi təsir göstərməyəcəkdir. Əksinə, bu sistemə keçid sürücülərin sabit olaraq yüksək əmək haqqı almasına imkan yaradacaqdır. N.Həsənov bildirmişdir ki, əslində, Nəqliyyat Nazirliyi sürücülərin əmək haqqı məsələsini tənzimləmir. Bu, sürücü ilə daşıyıcı arasında olan anlaşmadır. Peşəkar sürücülərə üstünlük veriləcəyi bu sistemdə onların əmək haqları təxminən 700-800 manat civarında müəyyənləşəcəkdir. Ancaq qeyd edək ki, bu məbləğ marşrut xəttinin səmərəliliyindən və onun məsafəsindən asılı olaraq dəyişə bilər. Bu kimi hallar, daşıyıcı ilə sürücü arasında bağlanacaq əmək müqaviləsində də əks olunacaqdır.

Sürücülərin konkret əmək haqqı almaları, eyni zamanda, onları biri-biri ilə “yarışa” çıxmaqdan da çəkindirəcəkdir. Gizli deyildir ki, bəzi sürücülər planı ödədikdən sonra daha çox qazanmaq məqsədi ilə öz marşrutları üzrə hərəkət edən digər avtobuslarla ötüşürlər. Bu isə qəza şəraiti yaradır. Amma kart sisteminə keçdikdən sonra sürücülər konkret əmək haqqı alacaqlar.

Nəqliyyat Nazirliyi kart sistemi tətbiq olunduqdan sonra monitorinqlər keçirəcək və tələblərə əməl etməyən daşıyıcıların fəaliyyətinə son qoyulacaqdır. Bununla yanaşı, yeni sistemə keçidlə əlaqədar, daşıyıcıların qarşısına sərnişin avtobuslarına peşəkar sürücülərin cəlb olunması tələbi də qoyulmuşdur. İşə əmək stajı ən azı 3 il olan və yaşı 21-dən az olmayan sürücülər qəbul edilir. Bu zaman sürücülərin şəxsi keyfiyyətləri də nəzərə alınır.

Kart sisteminə keçid, eyni zamanda, avtobusların törətdiyi yol qəzalarının sayını da minimuma endirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb