Paytaxtın parklarından qar mənzərələri
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan paytaxtında soyuq qış havası yaşanır. Ötən gündən etibarən başlayaraq Bakıda qar yağır. Parklar, meydanlar, xiyabanlar, küçələr ağappaq örpəyə bürünüb.
Qar paytaxtın hüsnünə özünəməxsus gözəllik gətirib: Bakının qış mənzərələrindən zövq alan kim, buz bağlamış küçələrdə sürüşən kim, qartopu oynayan kim... Şəhərimiz həmişə gözəldir: gül-çiçəkli yaz günlərində də, ağappaq don biçilmiş qarlı-şaxtalı qışda da...
AZƏRTAC qarlı Bakı küçələrindən çəkilən fotoları təqdim edir.
Paytaxtın qış mənzərələrindən zövq alın!