Paytaxtın Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsindəki yolda hərəkət məhdudlaşdırılıb
Bakı, 27 yanvar, AZƏRTAC
Paytaxtın Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsindəki yolda hərəkət məhdudlaşdırılıb.
Dövlət Yol Polisindən AZƏRTAC-a verilən məlumata görə, Səbail rayonu ərazisində Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində qəzalı binanın söküntüsü ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib.
“Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik”, - deyə DYP-dən bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]