Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Pegasus Airlines” Azərbaycanda: ilk tanışlıq

Bakı, 13 may, AZƏRTAC

“Pegasus Airlines” türk aviaşirkətinin martın 18-dən Azərbaycanda uçuşlara başlaması xəbəri çoxlarını sevindirdi: bazarda “lou-kost” seqmentində daha bir aviadaşıyıcının görünməsi qiymətlərə əlverişli şəkildə təsir etmə və uçuş istiqamətləri seçiminin genişləndirməsini vəd edir. Maraqlısı budur ki, dünyanın ən tanınmış turizm məkanlarından olan İstanbula uçuşlar Bakıdan yox, populyar turist şəhəri Qəbələdən həyata keçirilir, oradan da tranzitlə dünyanın dörd bir yanına uçmaq olar.

Biz “Pegasus Airlines” aviaşirkəti, onun özəllikləri və Azərbaycandan olan sərnişinlərin şirkətdən nələri gözləyə biləcəyi ilə maraqlanmaq qərarına gəldik.

 

Qəbələ üstəgəl Avropa

Əvvəlcə Qəbələdən həyata keçirilən reyslər haqqında. Hazırda Qəbələ beynəlxalq hava limanından İstanbuldakı Səbihə Gökçən hava limanına, oradan da bütün dünyaya 54 istiqamətdə uçuşlar həftədə üç dəfə həyata keçirilir. Bu uçuşların xəritəsinə populyar türk kurort şəhərləri Bodrum, İzmir, Antalya, Dalamar və başqaları (ümumən Türkiyə üzrə 13 istiqamətdə), Misirin Şarm əş-Şeyx və Hurqada kurortları, Şimali Kipr və əksər Avropa ölkələri daxildir. “Pegasus Airlines” Qəbələni hava körpüsü ilə Amsterdam, Berlin, London, Madrid, Praqa, Roma, Milan, Paris, Oslo və digər məşhur turizm şəhərləri ilə birləşdirir. Bişkekdəki “Manas” beynəlxalq hava limanı ilə əməkdaşlıq sayəsində Hindistan kimi ekzotik istiqamətə uçuşlar həyata keçirmək imkanı da var.

Görəsən, Qəbələ uçuş gediş-gəliş yeri kimi təsadüfən seçilibmi? “Pegasus Airlines”in saytındakı məlumata əsasən, heç də yox. Aviaşirkətin rəsmi internet saytında yerləşdirilən press-relizdə Qəbələ xarici turistlər üçün Azərbaycanda ən məşhur səyahət yerlərindən biri kimi təqdim olunur. Məlumatda bölgənin təbii gözəllikləri, tarixi yerləri, nəfis milli mətbəxi, mədəni irsi, o cümlədən hər il keçirilən Beynəlxalq Musiqi Festivalı, eləcə də tanınmış əyləncə parkı “Gabaland” ailəvi istirahət yeri kimi qeyd olunur. “Pegasus Airlines” reysləri ilə uçuşların təkcə Azərbaycan turistləri yox, həm də xarici səyahətçilər üçün maraqlı olacağı gözlənilir. Belə ki, İstanbuldan keçməklə, Londondan Qəbələyə, həftədə 3 reys var, bu reysə biletin qiyməti 145 funt sterlinqdir. Qəbələdən Londona isə biletin qiyməti daha ucuzdur - 69 funt sterlinq.

Beləliklə, “Pegasus Airlines” Qəbələ seçimini perspektivli sayır. Avropadan Qəbələyə ucuz uçuşun Qərb turistlərini Azərbaycan regionlarına cəlb edib-etməyəcəyini isə, şübhəsiz, zaman göstərəcək. Hər halda, birmənalı olaraq bunun üçün ilkin şərtlər var.

Uğur formulu

İndi də adı Azərbaycan turistlərinə az tanış olan “Pegasus Airlines” barədə. Əslinə qalsa, sarı rəngli təyyarələri və qanadlı at rəmzi ilə ən çox tanınan özəl türk aviaşirkəti dünyada geniş məlumdur. Fəaliyyətə 2005-ci ildən 5 təyyarə ilə başlayan “Pegasus Airlines” hazırda 69 yeni “Boing” və “Airbus” təyyarəsi ilə böyük aviaparka sahibdir. Onun marşrut şəbəkəsi isə Türkiyənin daxilində 33 təyinat məntəqəsi daxil olmaqla, 41 ölkədə 103 istiqaməti əhatə edir. Yalnız 2015-ci ildə aviaşirkətin uçuşlarından 22.34 milyondan çox sərnişin istifadə edib!

Bir halda ki “Pegasus Airlines” aviaşirkəti əsasən “lou-kost” seqmentində fəaliyyət göstərir, deməli, reyslərin qiyməti olduqca cəlbedicidir. Belə ki, Qəbələ-İstanbul marşrutu üzrə biletin qiyməti “Essentials” (“Baza”) başlanğıc səviyyəli paketdə (20 kiloqram baqaj və 8 kiloqram əl bağlaması haqqı daxil olmaqla) 49 avrodan başlayır. Eyni zamanda, aviaşirkətin sərnişinləri digər paketləri də seçə bilərlər. Belə ki, “Advantage” (“Sərfəli”) paketi əlavə olaraq özünə göyərtədə oturacaq yeri, uçuş zamanı qəlyanaltılar və içkilər seçimini daxil edir. Daha cəlbedici “Extra” paketi bütün bunlara əlavə olaraq, sərnişinə uçuşun tarixi və saatını pulsuz dəyişdirmək hüququ verir, onu isti yemək və 25 kiloqrama qədər baqaj daşınması ilə təmin edir. Nəhayət, bütün paketlərin alıcıları “Pegasus Plus” proqramının iştirakçıları olur, bu, onlara uçuşlar zamanı bonus xal qazanmaq imkanı verir.

Yeri gəlmişkən, təcrübə göstərir ki, yeməyi paketlə almaq onu təyyarə göyərtəsində almaqdan daha sərfəlidir, hərçənd sərnişinlərə belə bir imkan, eləcə də əlavə ödəniş müqabilində mövcud normadan artıq 30 kiloqram baqaj keçirmək imkanı verilir. Qeyd edək ki, “qarma-qarışıq” “Extra” paketi baza paketindən orta hesabla cəmi 30-40 faiz baha başa gəlir.

Üzü sərnişinlərə

“Pegasus Airlines” aviaşirkəti öz fəaliyyətində hətta kiçik detallara belə fikir verir ki, bu da “lou-kost” seqmenti oyunçusu üçün çox təəccüblü və təqdirəlayiqdir. Məsələn, şirkətin əsasən aviabiletlərin satış platforması rolunu oynayan www.flypgs.com saytı əlçatandır, yeri gəlmişkən, 10 dildə, o cümlədən türk və rus dillərindədir. Deməli, hər birimiz onlayn rejimində asanlıqla bilet seçə və ödəniş edə bilərik. Bununla da əvvəlcədən qət olunan millərə görə tələb olunan xalları qazana, nəticədə, onlardan gələcəkdə aviabiletlər almaq və ya əlavə xidmətlər üçün istifadə edə bilərik. Eyni zamanda, artıq dediyimiz kimi, “Pegasus” sərnişinlərin ehtiyaclarını ödəməsinə diqqət yetirərək, çox əlverişli və çevik qiymət siyasətindən istifadə edir.

“Pegasus Airlines” uçuşların vaxtlı-vaxtında həyata keçməsinə xüsusi əhəmiyyət verir və hətta uçuş qrafikinə dəqiq əməl etmə üzrə türk aviaşirkətləri arasında ən yaxşı göstəriciyə sahib olmağı qarşısına məqsəd qoyur. Hər halda, öz internet səhifəsində uçuşların vaxtlı-vaxtında həyata keçirilməsi barədə aylıq faizi dərc edən ilk türk aviaşirkətidir.

Nəhayət, aviaşirkət uçuşların təhlükəsizliyinə çox böyük əhəmiyyət verir. Əksər büdcə hesablı aviaşirkətlərdən fərqli olaraq, “Pegasus”un pilotlar üçün öz təlim mərkəzi və “Pegasus Technic” servis şirkəti var. Hər iki mərkəz yer və uçuş heyəti hazırlamaq üçün lisenziyaya sahibdir.

Sonda qeyd edək ki, sərnişinlərin rahatlığı üçün “Bakı Trans MMC” şirkəti - “Pegasus” və “Flydubai” aviaşirkətlərinin Azərbaycanda satış üzrə baş agenti xəttə xüsusi avtobuslar buraxıb. Həmin avtobuslar həftədə üç dəfə Bakıdan olan aviabilet sahiblərini “28 May” və “20 yanvar” metro stansiyalarından Qəbələ hava limanına çatdırır. Bu xidmətdən istifadə etmək üçün şirkətin ofisindən avtobusa bilet almaq (hər iki başa 19 manata) kifayətdir. Öz şəxsi nəqliyyat vasitəsində yola düşmək istəyənlərə isə Qəbələdəki “Qafqaz” otellərinin dayanacaqlarında pulsuz park etmə imkanı verilir.

Emil Eyyubov

məxsusi AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib