“PƏNAH XAN CAVANŞİR” TAMAŞASININ SON MƏŞQLƏRİ GEDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Pənah xan Cavanşir” pyesi əsasında yeni tamaşanın son məşqləri gedir. Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Baba Rzayev, musiqi tərtibatçısı Qələm Fərəcovdur.
Yeni tamaşada Pənah xan rolunu əməkdar artist Təvəkkül Əliyev, digər rolları xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, əməkdar artist Elşad Zeynalov və başqaları ifa edirlər.
İlk tamaşa mayın sonuna nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]
Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
- 12.10.2026 [13:27]