Azərbaycan Dövlət İnformasiya Agentliyi

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarısında fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Penitensiar xidmətdən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq hesabat dövründə penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

Nazir müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində tarixi ədalətin bərpa olunduğunu bildirib. Qeyd edib ki, erməni vandallarının müharibə cinayətləri nəticəsində xarabalığa çevirdiyi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə irimiqyaslı quruculuq işləri, sosial-iqtisadi dirçəliş dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də strateji hədəflər müəyyənləşdirib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı üzrə nəhəng layihələr həyata keçirilir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm işlər görülüb, mədəni-tarixi irsimizin təbliği, şəhid ailələrinə dəstək və qazilərimizin xaricdə müalicəsi yüksək səviyyədə təşkil olunub. Bütün bu müddətdə dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri böyük dirçəlişin və qayıdışın təminatıdır. Ötən dövrdə Prezidentin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı təmin olunub, bütün sahələrdə köklü islahatlar davam etdirilib, sosial problemlərin həllinə yönəlmiş qanunlar, Dövlət proqramları qəbul edilib.

Vurğulanıb ki, Penitensiar sahədə də islahatlar davam etdirilib, infrastrukturun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçirilib. 2021-ci ilin birinci yarımilində Penitensiar xidmət qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirib, fəaliyyətin səmərəliliyi artırılıb. Operativ Qərargahın göstəriş və tövsiyələri rəhbər tutulmaqla bütün qurumlarda profilaktiki tədbirlər davam etdirilib. Görülmüş profilaktiki tədbirlərin nəticəsi olaraq koronavirus infeksiyası penitensiar müəssisələrdə və əməkdaşlar arasında geniş yayılmayıb. Yaş qrupları üzrə işçi heyətin və məhbusların mərhələli şəkildə koronavirus xəstəliyi əleyhinə vaksinasiyası yüksək səviyyədə təşkil olunaraq qısa müddətdə uğurla başa çatdırılıb. Xidmətin infrastrukturunun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin açılması istiqamətində xeyli işlər görülmüş, müsbət nəticələr əldə olunub. Penitensiar müəssisələrdə əsaslı təmir və quruculuq işləri davam etdirilib. Aparılmış təhlil göstərir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının etibarlı təminatı, qanuni mənafelərinin qorunması və maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülüb, zəruri tədbirlər həyata keçirilib.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2021-ci ilin birinci yarımili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, ötən dövrdə Penitensiar xidmət tərəfindən dövlətimizin başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları və ədliyyə nazirinin əmr və göstərişləri rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Koronavirus infeksiyasının pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınıb ki, bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4 faiz təşkil edib. Bu sahədə Penitensiar xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə Qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası Prezidentinin humanist siyasətinin davamı olan 2021-ci il martın 18-də imzalanan və 625 məhkuma şamil olunan Əfv Sərəncamı Ombudsmanın, deputatların, İctimai Komitənin üzvlərinin və media nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə icra edilib.

Dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası davam etdirilib, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi istiqamətində müvafiq işlər görülüb. Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində bütün penitensiar müəssisələrdə təmir-abadlıq işləri davam etdirilib, enerji təchizatı və yanğın təhlükəsizliyi sahəsində işlər görülüb.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilib, virtual qaydada keçirilən iclaslarda Xüsusi Komissiya tərəfindən məhkəməyə göndərilməsi tövsiyə edilmiş 900-ə yaxın müraciət təmin olunub.

Məhkumların islah prosesində iştirak etmək, habelə müstəqil monitorinqlər aparmaq məqsədilə beynəlxalq, yerli qeyri-hökumət, o cümlədən hüquq-müdafiə təşkilatlarının nümayəndələrinə penitensiar müəssisələrə baş çəkmək üçün müvafiq şərait yaradılıb. Ötən dövrdə penitensiar müəssisələrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun əməkdaşları, İctimai Komitənin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurası və Avropa İttifaqının və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən ümumilikdə 233 dəfə başçəkmələr həyata keçirilib. Başçəkmələrin yekunları üzrə daxil olmuş hesabatlarda göstərilən tövsiyələrlə bağlı zəruri tədbirlər həyata keçirilib.

Hesabat dövründə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında qeydə alınmış 43 cinayət hadisələrindən 30-u görüşə gəlmiş və sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilib. Keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 mobil telefonun gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqənin daha səmərəli təşkili məqsədilə tədbirlər görülüb. Daxili işlər orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində 32 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Hesabat dövründə 461 cinayətin açılmasına kömək göstərilib.

Tərbiyə işinə, xüsusilə məhkumlarla keçirilən sosialyönümlü tədbirlərə aidiyyəti dövlət strukturlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib. İslah prosesinə diqqətin artırılması, habelə fərdi-tərbiyəvi işin daha səmərəli təşkili nəticəsində məhkum və həbs edilmiş şəxslər tərəfindən cəzanın icrası qaydalarının pozuntularına yol verilməsi halları azalıb.

Bu müddətdə penitensiar müəssisələrin etibarlı mühafizəsi, o cümlədən məhkum və həbs edilmiş şəxslərin təhlükəsiz şəraitdə daşınması yüksək səviyyədə təmin olunub.

Fəaliyyətdə şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib, əməkdaşlar arasında antikorrupsiya mədəniyyətinin yüksəldilməsi məqsədilə təbliğat və maarifləndirmə işi gücləndirilib.

Şəxsi heyət arasında nizam-intizamın gücləndirilib, əməkdaşların məsuliyyət hissinin yüksəldilməsi və etik davranış qaydalarına ciddi riayət olunması məqsədilə zəruri tədbirlər görülüb, xidməti fəaliyyətlərində nöqsanlara, habelə etik davranış qaydalarının pozulması hallarına yol vermiş 87 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Vətəndaşların müraciətlərinə həssas və qayğılı yanaşma nümayiş etdirilməklə onların qaldırdıqları məsələlərin çevik həlli üzrə tədbirlər görülüb, şəhid ailələrinin üzvlərinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının qəbuluna xüsusi diqqət yetirilib. Dövlətimizin başçısının tələbləri rəhbər tutulmaqla hesabat dövründə işə qəbul üçün müraciət etmiş 9 nəfər Vətən müharibəsi iştirakçısı kiçik rəis heyəti qismində ədliyyə orqanlarına qulluğa qəbul edilib.

Pandemiya şəraitində fəaliyyətə baxmayaraq, penitensiar müəssisələrdə ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı artıb, iş adamlarının və sahibkarların penitensiar müəssisələrdə istehsalat sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilib. “Həbsxana incəsənəti” adlı internet satış məntəqəsi vasitəsilə dövr ərzində penitensiar müəssisələrdə istehsal olunan 13 min manata yaxın müxtəlif çeşidli məhsulların satışı həyata keçirilib.

Bütün sahələrdə olduğu kimi, ölkədə aparılan hüquqi islahatlar çərçivəsində Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL