“PEYĞƏMBƏRİMİZƏ QARŞI TƏHQİRLƏRƏ SON QOYULSUN!” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Qəzetin təsisçisi İlqar İlyasov son vaxtlar Qərb mətbuatında Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasını İslam dininə qarşı təhqir kimi qətiyyətlə pisləmişdir. O, eyni zamanda bildirmişdir ki, lakin biz, bu məsələlərə dözümlülüklə yanaşmalı və təhqirə təhqirlə cavab verməməliyik.
Çıxış edənlər Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarını, o cümlədən beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrini İslam dininə, Məhəmməd peyğəmbərə hücumlara qarşı sivil qaydada, dünyəvi prinsiplər əsasında mübarizə aparmağa, öz mövqeyini obyektiv və qərəzsiz şəkildə bildirməyə çağırmışlar.
Sonda qəzetin redaksiya heyətinin məsələ ilə bağlı müraciətinin mətni oxunmuşdur.