PİJAMA İNSANLARIN HƏYATİ ÜÇÜN TƏHLÜKƏLİDİR
Sorğunun müəllifi, professor Yanq Syonq demişdir: “Rəyi soruşulanların 16 faizi iddia edir ki, onların ailə üzvləri tez-tez pijamanı üst paltar kimi geyirdilər, 25 faizi isə bunu arabir edirdi”. Çinin ən böyük və varlı şəhərində pambıq parçadan tikilmiş, güllərin və ya heyvanların kiçik təsvirləri ilə bəzədilmiş pijamaların geyilməsinin nə üçün bu dərəcə populyar olması haqqında nəzəriyyələr haçalanır. Bəziləri güman edirlər ki, sakinlər öz sosial statusu ilə lovğalanaraq, şəhərin mərkəzinə necə də yaxın yaşadıqlarını nəzərə çarpdırırlar, digərləri isə deyirlər ki, bu, ötən illərin vərdişidir: o vaxtlar insanlar ayrı-ayrı kiçik birliklərdə yaşayır və hətta necə göründükləri barədə fikirləşmirdilər.