Pirallahı Sənaye Parkında Tailand-Azərbaycan birgə müəssisəsi yaradılacaq
Bakı, 4 iyul, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - "Supreme Pharmatech Azerbaijan" MMC qeydiyyata alınıb, bununla da sənaye parkının rezidentlərinin sayı 6-ya çatıb.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Azerbaijan" MMC tərəfindən sənaye parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:06]
Qızıl həftəni itkilərlə başa vurur
- 05.06.2026 [11:05]
® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
- 05.06.2026 [10:58]
Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək
- 05.06.2026 [10:18]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 05.06.2026 [10:17]
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO
- 05.06.2026 [09:51]
Azərbaycan nefti 100 dollara satılır VİDEO
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]