Plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə əsər qəbulu davam edir
Bakı, 18 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təbiət qoynunda yaradılmış plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə qeydiyyat davam edir.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgidə iştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları mayın 5-dək təqdim edəcəyi əsərin fotosu ilə bərabər ad və soyadı, əsərin adı, ölçüsü və texnikasını qeyd etməklə [email protected] elektron ünvanına göndərməlidir.
“Texnika və ölçü sərbəst olmalıdır. İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər nümayiş olunacaq. Seçimlər bədii şura tərəfindən aparılacaq.
Əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində açılacaq”, -deyə qeyd olunub.
Xatırladaq ki, sərginin media dəstəkçiləri arasında AZƏRTAC-da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]