POÇT ŞÖBƏLƏRİ ƏHALİYƏ BANK XİDMƏTLƏRİ GÖSTƏRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, yaxın vaxtlardan respublika ərazisində fəaliyyət göstərən poçt şöbələri əhaliyə bank xidmətləri göstərəcəkdir.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından bildirmişlər ki, bununla əlaqədar “Poçt rabitəsi haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcəkdir. Bu dəyişikliklərdən sonra əhalinin pul köçürmələrində, banklara əmanət yatırmalarında, eləcə də banklardakı əmanətlərini çıxarmaqda, həmçinin pensiya və müavinətlərin alınmasında heç bir problem olmayacaqdır. Poçt şöbələri yalnız kredit verə bilməyəcəklər.
Qeyd edək ki, hazırda respublika ərazisində 1700-ə yaxın poçt şöbəsi fəaliyyət göstərir.