Polis əməkdaşları “Sədərək” ticarət mərkəzindəki yanğın zamanı sahibkarlara kömək ediblər
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də səhər saatlarında “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın zamanı polis əməkdaşları da yanğınsöndürənlərlə birgə alovun qarşısının alınmasında iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları sahibkarların əmlakının təhlükəsiz yerə çıxarılmasında və mühafizə olunmasında kömək göstəriblər.