Polis əməkdaşları şəhid ailələrinə baş çəkiblər
Beyləqan, 30 dekabr, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinə baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhidlərin ailə üzvlərini təbrik edərək sovqatlar veriblər. Onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.
Polis əməkdaşları görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqlarını bildiriblər.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib
- 15.10.2026 [19:52]