Politoloq: Seçkinin tanınması və ya tanınmaması Gürcüstan Prezidentinin səlahiyyətlərinə daxil deyil
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Parlament seçkilərinin legitimliyinin tanınması və ya tanınmaması Gürcüstan Prezidentinin səlahiyyətlərinə daxil deyil. O, yalnız parlamentin iclasını təyin etməlidir. Salome Zurabişvili bunu etməsə, növbəti dəfə Konstitusiyanı pozmuş olacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Arçil Sixarulidze söyləyib.
Onun sözlərinə görə, S.Zurabişvili Konstitusiyanı o qədər pozub ki, artıq heç kim ona inanmır.
Politoloq deyib ki, parlamentin iclasının baş tutması üçün onun tərkibinin üçdə iki hissəsinin təsdiqlənməsi lazımdır və bunun üçün “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının çoxluq təşkil etməsi kifayətdir.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 99,97 faizinin məlumatlarının emalına görə, hakim "Gürcü Arzusu" partiyası 53,93 faiz səs qazanıb. Parlamentə daxil olan hər dörd müxalifət partiyası, onları dəstəkləyən QHT-lər və Gürcüstan Prezidenti Salome Zurabişvili saxtakarlıq iddiaları irəli sürərək bu nəticələri tanımaqdan imtina ediblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]