POLŞA REYQANI DAŞ VƏ TUNC ABİDƏ İLƏ ƏBƏDİLƏŞDİRƏCƏK
AZƏRTAC Bi-Bi-Si Nyus saytına istinadla xəbər verir ki, bir qrup entuziast Polşa paytaxtında ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqana abidə qoymaq niyyətindədir. 3,5 metr hündürlüyündə abidəni ABŞ-ın Varşavadakı səfirliyi qarşısında Müstəqillik günündə - 2007-ci il iyulun 4-də ucaltmaq nəzərdə tutulur.
Daş və tuncdan hazırlanmış abidənin dəyəri 140 min avrodur. Heykəlin inşası üçün vəsaiti polyaklar özləri, habelə ABŞ-da və Kanadada yaşayan polşalı mühacirlər yığacaqlar.
Abidə kommunist rejiminin məhv edilməsində köməyinə görə Ronald Reyqana polyak xalqının minnətdarlığının rəmzi olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]