Poltavada Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişlər
Bakı, 27 fevral (AZƏRTAC). Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Mərkəzdə AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan və Ukrayna tələbələri, ali məktəbin müəllimləri, Ukrayna Azərbaycanlı Gənclər İttifaqının fəalları, yerli diasporun nümayəndələri iştirak etmişlər.
Tədbirdə mərkəzin direktoru Yaşar Alxasov 21 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş faciə barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini tamamilə məhv etmişlər, 613 adam öldürülmüşdür ki, onların da əksəriyyəti qadınlar, uşaqlar və qocalardır. 487 nəfər yaralanmış, xeyli adam itkin düşmüşdür. O demişdir: “Bu faciə Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə aktıdır”.
Tədbirdə çıxış edən professor T.V.Onipko qeyd etmişdir ki, hər bir xalqın həyatında faciəli səhifələr olur, bu səhifələr onun yaddaşında əbədi olaraq qalır. T.V.Onipko demişdir: “1932-1933-cü illərdə sovet dövləti rəhbərliyinin cinayətkar siyasəti nəticəsində qolodomor Ukraynada milyonlarla insanı məhv etdi. Belə hadisə Azərbaycan xalqının tarixində də baş vermişdir. Bu cür faciəli hadisələr təkrar olunmamalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]