Portuqaliya Anqolaya 50 min doza vaksin təqdim edəcək
Lissabon, 15 iyul, AZƏRTAC
Portuqaliya Anqolaya COVID-19 əleyhinə 50 min doza vaksin təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, vaksinlər onların vurulmasını təmin etmək üçün zəruri olan materialla, o cümlədən şpris və iynələrlə birgə təqdim olunacaq.
Portuqaliya hökuməti özündə olan vaksinin azı 5 faizini Afrikanın portuqaldilli ölkələrinə və Timor-Leştiyə təqdim etmək öhdəliyi götürüb.
Vaksin dozaları artıq Kabo-Verdeyə, Qvineya-Bisauya, Mozambikə, San-Tome və Prinsipiyə göndərilib.
Gələn həftə Portuqaliya Timor-Leştiyə 12 min vaksindən ibarət ilk partiyanı yola salacaq.
COVID-19 pandemiyası başlanandan bəri Anqolada bu xəstəliyə 40.327 yoluxma halı və 951 ölüm faktı qeydə alınıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]