Portuqaliya Avropa İttifaqı Şurasında dördüncü dəfə sədrlik edəcək
Lissabon, 2 noyabr, AZƏRTAC
Portuqaliya 2021-ci il yanvarın 1-dən Avropa İttifaqı (Aİ) Şurasında dördüncü dəfə sədrliyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Portuqaliya 1992-ci, 2000-ci və 2007-ci illərdə bu quruma sədrlik edib. Həmin dövrlərdə mühüm Avropa sazişləri bağlanılıb. Məsələn, Portuqaliya Avropanın Afrika qitəsi üçün açılmasına köməklik edib.
Portuqaliyanın növbəti sədrliyi müddətində, yəni 2021-ci ilin birinci yarısında Aİ-nin 2021-2027-ci illər üçün büdcəsi, pandemiyadan sonra bərpa Fondu və Brexit ilə bağlı məsələlər gündəlikdə olacaq.
Ətraf mühit, rəqəmsal texnologiyalara keçid, sosial vəziyyət, dayanıqlıq və qlobal Avropa kimi mövzular da əsas hesab edildiyindən, sosial Avropa, Aİ-Hindistan sammitinin keçirilməsi, həmçinin Aİ ilə Afrika arasında fundamental münasibətlər Portuqaliya sədrliyinin diqqət mərkəzində olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]