PORTUQALİYADA 6 TON KOKAİN TUTULMUŞDUR
İspaniya polisi bu “qiymətli malı” ölkədə qəbul etməyə hazırlaşan cinayətkar dəstənin daha 5 üzvünü yaxalamışdır. Onlardan 4-ü fransız, biri isə Kolumbiya vətəndaşıdır.
Qırmızı istiot və badımcan yeşiklərində gizlədilmiş 1,85 ton kokaini İspaniya sərhədindən Hollandiyaya keçirmək istəyən digər cinayətkar dəstənin də cəhdi boşa çıxmışdır. İspaniya və Hollandiya polisinin birgə apardıqları əməliyyat zamanı 15 nəfər həbs olunmuşdur. Cinayətkar dəstənin üzvləri əsasən İspaniya, Böyük Britaniya, Hollandiya, Almaniya, Peru və Argentina vətəndaşlarıdır.