İDMAN
Portuqaliyalı məşqçi: Aerobika gimnastikası üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub
Bakı, 26 may, Leyla Qurbanova, AZƏRTAC
Komandamın aerobika gimnastikası üzrə XI Avropa çempionatındakı çıxışından razı qaldım. Çox məmnunam ki, finala vəsiqə qazandıq. İnanıram ki, finalda da yüksək nəticələrə imza atacağıq.
Bunu AZƏRTAC-a açıqlamasında portuqaliyalı məşqçi Aleksandra Barrosa deyib.
O deyib: “Yarışlar yüksək səviyyədə təşkil olunub. Yarışların keçirildiyi Milli Gimnastika Arenası möhtəşəmdir. Əlbəttə ki, bu amillər idmançıların çıxışlarına da təsir göstərir. Mən Bakını çox sevirəm. Hər dəfə bu şəhərə gələndə çalışıram ki, doyunca gəzim. Burada gimnastlar və nümayəndə heyətləri üçün yaradılan şərait də çox gözəldir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [12:52]
Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb
- 08.05.2024 [11:59]
Azərbaycanda körlinq idman bölməsi açılıb
- 08.05.2024 [11:40]
Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
- 08.05.2024 [11:23]
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
- 08.05.2024 [10:41]