Praqada Gəncədə törədilmiş terror aktlarının ikinci ildönümünə həsr edilmiş sərgi keçirilib
Praqa, 17 oktyabr, AZƏRTAC
Gəncədə törədilmiş terror aktlarının ikinci ildönümü ilə əlaqədar Çexiyada açıq səma altında sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporunun fəalları tərəfindən Praqanın mərkəzində təşkil olunmuş sərgidə o dəhşətli faciəni əks etdirən fotoşəkillər nümayiş etdirilir. Sərgi Praqa sakinlərinin və Çexiya paytaxtının qonaqlarının böyük marağına səbəb olub.
Diaspor fəalları həmin fotoşəkillərin məzmunu ilə maraqlanan insanlara izah ediblər ki, 44 günlük müharibə zamanı - 2020-ci il oktyabrın 4, 5, 8, 11 və 17-də Ermənistan Azərbaycanın ikinci iri şəhərini - cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən Gəncəni raket qurğularından və ağır artilleriya silahlarından atəşə tutub. Nəticədə 26 nəfər dinc sakin, o cümlədən 10 qadın və 6 uşaq həlak olub, 175 nəfər yaralanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa