Praqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Praqa, 25 fevral, AZƏRTAC
Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Praqanın mərkəzi Staromestske meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tələbə Təşkilatının sədri Eldar Vəliyev tədbirə toplaşmış yerli sakinlər, gənclər və Azərbaycan icmasının üzvləri qarşısında çıxış edərək, 1992-ci ildə erməni quldurları tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şamlar yandırılıb. Çex skripkaçı Yiri Yelinekin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə müxtəlif əsərlər səsləndirilib.
Tədbirdən sonra ehsan süfrəsi açılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa